AZ

Millətimiz həmişə zəfərlər yaşasın - MÜNASİBƏT BİLDİRİLDİ

“Heç şübhəsiz ki, Şuşada böyük tədbirlərin keçirilməsi artıq bizim üçün yenilik deyil”. Bu sözləri SİA-ya açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib

Rauf Zeyni sözlərinə belə davam edib: “Birinci növbədə Şuşanı işğaldan azad edən qəhrəman şəhidlərimizin ruhu şad olsun, qazilərimizə eşq olsun, Allah onlara şəfa versin. Çox möhtəşəm hərbi əməliyyat keçirilib. Hərb tarixində olmayan səviyyədə o yalçın qayaları fəth etmək xalqımızın ruhundan, ruh yüksəkliyindən, mənəvi birliyindən, ruh birliyindın irəli gələrək mədəniyyətimizin tacı, paytaxtı olan Şuşamızı mənfur düşmənlərin işğalından azad etmək çox möhtəşəm bir tarixi hadisədir.

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla yüksək səviyyədə bu tarixi zəfəri biz yaşadıq. Demək olar ki, bütün dünya Azərbaycanlıları, bütün Azərbaycan xalqı 8 noyabrda Cənab Prezident elan edəndə ki"Şuşa sən azadsan"

Əlbəttə çox böyük tarixi hadisədir ki, 32 ildən sonra dəyərli xalqımızın nümayəndələri öz tarixi torpaqlarına, vətəninə qayıdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev “Ata vəsiyyətini yerinə yetirdim” deyəndə, “Əziz Şuşa, sən azadsan” deyəndə bütün Azərbaycan xalqı, bütün dünya Azərbaycanlıları sevindiyindən ağlayırdı və o sevinc göz yaşlarını biz bu günləri Şuşaya, Laçına, Ağdama, Zəngilana və bütün digər torpaqlarımıza qayıdanda yaşayırıq.

Xüsusilə Şuşa bizim mədəniyyətimizin, kültürümüzün və incənətimizin zirvəsidir. Ona görə də o zirvədə həmişə Şuşa qədər ucalıqda olaq, üçrəngli bayrağımız daima ucalarda olsun, xalqımız, millətimiz həmişə zəfərlər yaşasın, qələbələr yaşasın və bugünləri o bayrağımız ən yüksək zirvələrdə sancılsın”.

Ayşən Vəli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70

1Mənbələr

Şərh ()
Bağla