AZ

Bakının "mərkəz"indən Asiya və Avropanı birləşdirən mərkəzə ekoloji avtoyürüş təşkil olunub - Video

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eyni zamanda Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı fonunda Heydər Əliyevin 101 illiyi ilə əlaqədar avtoyürüş keçirib. Avtoyürüşə Heydər Əliyev Mərkəzindən start verilib və Abşeron Logistika Mərkəzində sona çatıb. Avtoyürüşə 30-a yaxın hibrid minik avtomobili qatılıb. AADA-nın nümayəndəsi Eyyub Əliyev və Natiq Zərbəliyev tədbirin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər portalına bildiriblər ki, bu avtoyürüş ilk dəfə keçirilmir: "İlk yürüş Mingəçevirə, ikinci yürüşümüz Qobustana, indiki yürüşümüz də Abşeron Logistika Mərkəzinədir. Bildiyiniz kimi, Azərbaycanda bu il "Ekologiya ili" elan olunub. Həmçinin, beynəlxalq səviyyəli COP29 konfransına ev sahibliyi edəcəyik. Bu çərçivədə ekoloji avtomobillərin yürüşü xüsusi məna daşıyır. Hazırda kolonda 30-a yaxın avtomobil var. Bunlar Azərbaycanda təsdiq olunmuş elektromobil hibrid markalarıdır". Məlumat üçün qeyd edək ki, avtomobil karvanının son dayanacağı Cənubi Qafqazda ən iri "Yaşıl logistika mərkəzi" olan, Asiya və Avropanı birləşdirən Abşeron Logistika Mərkəzi olub. Burada əyləncəli festival baş tutub, həmçinin avtomobillərin təqdimatları və uşaqlar üçün xüsusi əyləncəli proqramlar hazırlanıb. Ekoloji avtoyürüşün rəsmi media tərəfdaşı Bizimyol.info xəbər portalı tədbirdən görüntüləri təqdim edir: Mətin Şükürlü, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
bizimyol.info

1Mənbələr