AZ

Xalq artisti: Maaş yaxşı olsaydı, aktyorlar şikayət etməzdi

"Sovet aktrisasıyam, biz dözürük".

Yenisabah.az axşam.az-a istinadla xəbər verir ki, bunu xalq artisti Həmidə Ömərova deyib.

O əlavə edib: "Mənə təklif gələndə ilk obrazla maraqlanıram. Ssenarini oxumalıyam, maraqlıdırsa, razılaşacağam. Nəsə var ki, hamı şikayətlənir. İndiki zamanda aktyorlar üçün çox çətindir. Etiraf edim ki, 4-5 yerdə işləmişəm.

Deyirlər, niyə özünü yorursan? Cavab verirəm ki, əgər mən 1 yerdə 4 yerdə işləməyimin maaşını alsaydım, niyə ordan ora, burdan bura qaçım?

Səhər dublyaja, günorta çəkilişə, axşam teatra gedim... Heç kim özünü fiziki cəhətdən yormaq istəməz. Aktyorlar Gildiyasının sədri kimi etiraf edirəm ki, qonorar azdır. Maaş yaxşı olsaydı, aktyorlar şikayət etməzdi".


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
1

1Mənbələr

Şərh ()
Bağla