AZ

Çindən trilyonluq SATIŞ:MAYIN 17-DƏ BAŞLAYIR!

Çin mayın 17-də 1 trilyon yuan dəyərində uzunmüddətli istiqrazların satışına başlayacaq.

“İki sahil” xəbər verir ki, uzunmüddətli dövlət istiqrazlarını satmaq planlarının təfərrüatları məlum olub.

Çin Maliyyə Nazirliyinin məlumatına görə, Çin bu həftə uzunmüddətli istiqraz vasitəsilə vəsait toplamağa başlamağı planlaşdırır və bir trilyon yuan istiqrazın əksəriyyətinin ödəmə müddəti 30 ildən çox olacaq.

Mayın 17-də başlayacaq və noyabr ayına qədər davam edəcək satışlarla 300 milyard yuan dəyərində 20 illik, 600 milyard yuan dəyərində 30 illik və 100 milyard yuan dəyərində 50 illik istiqrazlar buraxılacaq.

İstiqrazlar müvafiq olaraq mayın 24-də və iyunun 14-də satışa çıxarılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
ikisahil.az

1Mənbələr