AZ

Ermənistan XİN başçısı: "Azərbaycanla dəmir yolu əlaqəsinin bərpasında maraqlıyıq" -  "Bu, Cənubi Qafqazda daimi sülhə imkan yaradacaq"

"Ermənistan Azərbaycanla bir çox sahələrin, o cümlədən dəmir yolu əlaqəsinin bərpasında maraqlıdır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan paytaxt İrəvana işgüzar səfərə gələn ATƏT sədri, Maltanın xarici işlər Yan Borqla görüşdə deyib.

Nazir Mirzoyan bəyan edib ki, o, sözügedən bəyannamənin Cənubi Qafqazda daimi sülhün bərqərar olmasına imkan yaradacağına inanır: "Sülhün mühüm tərkib hissəsi olaraq biz bölgədə nəqliyyat marşrutlarının yenidən açılmasını zəriuri sayırıq. Biz ilk mərhələdə Azərbaycanla dəmir yolu əlaqəsinin yenidən qurulmasında xüsusilə maraqlıyıq". 

Firudin Səfərli

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
152
mia.az

1Mənbələr