AZ

Ana 2 yaşlı uşağı ilə liftin şaxtasına düşdü

Rusiyanın İvanov şəhərində qadın iki yaşlı uşağı ilə dördüncü mərtəbədən yük liftinin şaxtasına düşüb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə vilayət prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

“Müəyyən edilib ki, bu gün Moskva vaxtı ilə saat 11:15 radələrində 29 yaşlı qadın və 2 yaşlı uşağı İvanova şəhərinin Timiryazev küçəsində yerləşən inzibati binada olarkən dördüncü mərtəbədən yük liftinin şaxtasına düşüblər”, - məlumatda deyilir.

Uşağın rayon uşaq xəstəxanasına, qadının isə rayon xəstəxanasına aparıldığı deyilir. Qadın və uşağın xəsarəti ilə bağlı rayon prokurorluğu araşdırmalara başlayıb. İdarə binanın istismarı zamanı qanuna riayət olunmasını qiymətləndirəcək.

T.İSMAYIL

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
1
redaktor.az

2Mənbələr