AZ

"Danışıqlar İlham Əliyevin təklif etdiyi kimi vasitəçilərsiz ,ATƏT-siz baş tutdu" - Politoloq

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in hazırkı sədri Yan Borq ilə birgə keçirdiyi mətbuat konfransında deyib ki, Ermənistanla Azərbaycan arasında sazişin imzalanması regionda sabit və dayanıqlı sülhün bərqərar olmasına töhfə verəcək.

Mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Elşən Manafov bildirib ki Erməni diplomat rəsmi İrəvanın nəqliyyat kommunikasiya xətlərinin də açılmasında maraqlı olduğunu vurğulamaqla,məlum problemlərin həlli istiqamətində tərəflərin qarşılıqlı razılığa gələ biləcəklərini vurğulayıb:

"Ermənistanin xarici işlər naziri Mirzoyanın ATƏT sədri Yan Borq ilə İrəvanda keçirdiyi görüşdə Azərbaycanla münasibətlərin perspektivlərinə dair açıqlamaları göstərir ki,tərəflər arasında danışıqların konstuktivlik və qarşılıqlı etimad şəraitində davam etdiriləcəyi təqdirdə artiq bu il delimitasiya,demarkasiya problemlərinin həllində tərəflər razılığa gələ,sülh müqaviləsinin baza prinsiplərini müəyyənləşdirə bilərlər. Problemin nizamı ilə bağlı danışıqlara ATƏT sədrinin mövqeyi böyük maraq doğurub.ATƏT sədri danışıqların ikili formatda getdiyi və ATƏT-in bu proseslərin iştirakçısı olmadığını bəyan etməklə regionun təhlükəsizlik problemlərinin həllinə dair Azərbaycan Prezidenti İlham Əliyevin regional əməkdaşlıqla baglı təkliflərinin bölgənin maraqları baxımından daha məqbul olduğunu dolayı yolla olsa da etiraf etdi. Danışıqlar prezident İlham Əliyevin təklif etdiyi kimi vasitəçilərsiz ,ATƏT-siz baş tutdu və sülhə ümidlər də böyükdür".


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
big.az

1Mənbələr