AZ

Cəsarət Hüseynzadə QHT-lər üçün iqlim dəyişikliyi və COP29 hazırlıq təlimindən danışdı

“Bu il Azərbaycanda COP29- la bağlı yüksək səviyyədə beynəlxalq tədbir keçiriləcək. Cəmiyyətimizin bütün sektorları bu tədbirə hazır olmalı və töhfə verməlidirlər. Bu baxımdan QHT –lər də bu istiqamətdə öz bilik və bacarıqlarını artırmaqla həmin beynəlxalq tədbirə hazırlanmalıdırlar. Bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən ADA universitetində 100-ə yaxın QHT nümayəndəsi üçün təlim keçirildi. Kifayət qədər COP29-la bağlı məqamlara toxunuldu. Texniki baxımdan yüksəs səviyyədə təşkil olunub".

Bu sözləri “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə QHT.az-a açıqlamasında bildirib. QHT sədri hesab edir ki, QHT –lər biliklərini yeniləmək və artırmaqla noyabr ayına kimi bu sahəyə- müxtəlif layihələrin icrasında, müxtəlif tədbirlərin təşkilində öz töhfələrini verəcəklər”.

Qeyd edək ki, bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə QHT-lər üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlimin rəsmi açılış mərasimi keçirilib. Təlimdə 100 QHT-dən nümayəndələr iştirak edir. ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma proqramlarının rəhbəri Nərgiz İsmayılova, ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Dr Fariz İsmayılzadə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının nümayəndəsi Mərziyyə Vəkilova açılış nitqi ilə çıxış ediblər. 

 

Pərvanə Fərhadqızı

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
qht.az

1Mənbələr