AZ

Vitse-spiker Adil Əliyev: “Avropa dövlətləri ilə münasibətlərdə yeni mərhələ”

Keçdiyimiz həftə rəsmi Bakı üçün bir sıra tarixi hadisələrlə yadda qaldı. Avropa dövlətlərinin başçılarının ölkəmizə səfərlərləri imzalanmış sənədlər, Prezident İlham Əliyevlə keçirilən görüşlər və müzakirələr olduqca vacib məsələlərin həllinə fokuslanmışdı. İlk olaraq Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun səfəri zamanı müxtəlif məsələlərlə əlaqədar keçirilmiş görüşdən hər iki tərəf məmnun idi. Həm də bu səfər zamanı açıq-aşkar Avropada Azərbaycanın yaratmış olduğu müsbət imic və bu gün aparılan antiazərbaycan siyasətinə önəmli dərs idi. Slovakiya ilə imzalanmış vacib sənədlərin əsas hədəfi məhz müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsinə fokuslanmışdır. Bu gün Azərbaycan dünyadakı yeri və rolu hər kəsə məlumdur. Müasir silahlardan istifadə etməklə qazandığı İkinci Qarabağ müharibəsini masada da uğurla davam etdirdi və nəticədə dünya hərb tarixində özünəməxsus yer tutdu. Məhz müasir silah arsenalı ilə təchiz olunmuş rəşadətli ordunun peşəkar hərbi qulluqçuları ildırım sürətli antiterror tədbirləri zamanı bir daha qüdrətimizi nümayiş etdirdi.

Müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlığın güclənməsi, birlikdə istehsal müəssisələrinin yaradılması istiqamətində atılan addımlar öz effektiv nəticəsini verməkdədir. Səfər zamanı imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə gələcək münasibətlərə zəmin rolunu oynayacaqdır. İşğaldan azad olunmuş Ağdam rayonunun Qərvənd kəndində “ağıllı şəhər” və “ağıllı kənd” kimi layihələrin Slovakiya tərəfindən icra olunması həm də dostluğumuzun rəmzidir.

Eləcə də, cari ayın 8 may tarixində Bolqarıstanın Prezidenti Rumen Radev ölkəmizə səfər etdi. Dövlət başçılarının görüşlərində dostluq, əməkdaşlıq, tərəfdaşlıq kimi məsələlər müzakirə olundu. Eləcə də, birgə tranzit əlaqələrinin qurulması və Orta Dəhlizin eləcə də ölkəmizin bu daşımalardakı strateji əhəmiyyəti qeyd olundu.

Bəs ümumilikdə bu görüşlər bizə yaxın və uzaq perespektivdə nələr vəd edir?

Birincisi, Avropa dövlətlərinin ölkəmizlə münasibətlərini strateji tərəfdaşlıq müstəvisinə yüksəltməsi və əməkdaşlıq münasibətləri ölkəmizin vacibliyini dünyaya eləcə də Avropaya bir daha nümayiş etdirir. Bu həm siyasi sahədə alacağımız dəstəklə bərabər, həm də iqtisadi, ticarət və başqa sahələrdə faydalıdır. Azərbaycanın bu il COP-29-a ən yüksək səviyyədə hazırlığı və tədbirin keçirilməsi üçün bütün imkanlarının səfərbər edilməsi onu deməyə əsas verir ki, rəsmi Bakı növbəti dəfə Avropanın diqqət mərkəzindədir.

İkincisi, bu gün Azərbaycan Avropanın ən etibarlı enerji təchizatçısı və tərəfdaşıdır. Baş verən hadisələrin fonunda Azərbaycan qazının Avropaya çatdırılması, təchizat halqasına yeni üzv ölkələrin əlavə olunması ölkəmiz üçün vacibdir. Belə ki, bu gün Bolqarıstan qaz təchizatının 50%-ni Azərbaycan həyata keçirir, 2022-ci ilə münasibətdə 2023-cü ildə qaz təchizatı iki dəfə artıb. Bu həm iqtisadi cəhətdən faydalıdır, həm də Avropa onun enerji təhlükəsizliyinin qarantı olan Azərbaycanın önəmini artırır.

Üçüncüsü, gündəlikdə xüsusi yer alan “yaşıl enerji” məsəsli həm ölkəmiz həm də dünya üçün olduqca aktual bir sahədir. Məhz rəsmi Bakının COP-29-a evsahibliyi etməsi, ekoloji fəallığı təmin etməsi və eləcə də ekoloji fəlakətlərin qarşısının alınması istiqamətində atdığı bütün addımlar geniş şəkildə təhlil edilir. Məhz belə bir tədbirin dünya ölkələrinin yekdil qərarı əsasında Bakıda keçirilməsi qazandığımız imicin əyani sübutudur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
223
2
musavat.com

3Mənbələr