AZ

"Mançester Yunayted"də ənənə dəyişdi: Klub tarixi tədbiri ləğv etdi

"Mançester Yunayted" mayın 20-nə planlaşdırılan komandanın şam yeməyini ləğv etmək qərarına gəlib.

Publika.az xəbər verir ki, bu qərara komandanın niderlandlı mütəxəssis Erik ten Haqın rəhbərliyi altında Premyer Liqada uğursuz çıxış etməsi səbəb olub.

2023/2024 mövsümü "Mançester Yunayted" üçün mayın 25-də başa çatacaq. Həmin gün İngiltərə Kubokunun final matçı baş tutacaq. "Yunayted" "Uembli"də "Mançester Siti" ilə qarşılaşacaq.

İngiltərə Premyer Liqasınıda"Mançester Yunayted" 54 xalla 8-ci yerdədir. Mayın 15-də “qırmızı şeytanlar” doğma meydanda “Nyukasl”ı qəbul edəcək, dörd gün sonra isə səfərdə “Brayton”la qarşılaşacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
publika.az

1Mənbələr