AZ

Bülent Ersoy: "Məzarım hər gün ağardıcı maddə ilə yuyulmalıdır" - FOTO

Məşhur müğənni Bülent Ersoyun vəsiyyəti açıqlanıb.

BAKU.WS xəbər verir ki, o məzarı üçün bir sıra tələblər irəli sürüb. Analar günündə anası Necla Poyrazın məzarından foto paylaşaraq, anasının qəbrini sevdiyi rənglərdən olan daşlarla düzəltdirdiyini qeyd edib.

Ersoy bildirib ki, meneceri Haluk Şentürk anasının qəbri ilə Bülentdən daha çox maraqlanır.

"Yeri gəlmişkən, inanın ki, Haluk Şentürk sənə məndən çox önəm verir... Sənin qəbir daşlarının təmizliyindən tutmuş, hər şeyə necə önəm verdiyini deyə bilmərəm. Üzərlərindəki güllərin durmadan dəyişməsinə, elə bil öz anasısan... Ona görə də Haluka vəsiyyət edib dedim ki, mənə baxsın. Məni də dəfn edəcəklər. Qəbrim çox qəşəng, çox təmiz olmalı və hər gün ağardıcı maddə ilə yuyulmalıdır.

Çiçəklərim həmişə təzə olmalı, qəbrim təzə qalmalıdır. Ən əsası isə mənim qəbrimdə ən gözəl səsli mollalar dua oxumalıdır. Ana, sənin məzarın düz Zincirlikuyu Qəbiristanlığı Məscidinin qarşısındadır, sən nə xoşbəxtsən, nə qədər hüzurlusan... Sən namaz qılmısan, oruc tutmusan,  təkcə mübarək Ramazan ayında yox, ilin demək olar bütün günlərində kasıblara kömək etmisən".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23

1Mənbələr

Şərh ()
Bağla