AZ

“Trendyol”dan sonra növbə “Temu”da:

Xəbər verdiyimiz kimi, “Trendyol” Azərbaycana məhsulların çatdırılma qiymətlərini artırıb. Yeni qiymət siyasətinə əsasən, 2,5 dəfə artım olub. Belə ki, 79.99 TL (4.23 manat) hesablanan çatdırılma xidməti bu gündən 199.99 TL (10.63 azn) olacaq. “Trendyol”un bu addımı atmasına aydınlıq gətirən Elektron Ticarət və İnnovativ Biznes Həlləri üzrə ekspert Nicat Manafov Metbuat.az-a deyib ki, hazırkı qiymət siyasəti yenə də endirimlidir:
“Çünki “Trendyol” bağlamaları kiloqramı təqribən üç - dörd dollara Azərbaycana gətirirdi, qalan hissəsini isə öz hesabına qarşılayırdı. İndi isə demək olar böyük hissəsini – 80 faizini vətəndaşın hesabına, yerdə qalan 20 faizini isə öz hesabına təmin edəcək. Səbəb də odur ki, artıq elektron mağazaları dempinq siyasətindən yavaş- yavaş qırağa çəkilib, pul qazanmaq istəyirlər. Məhz bu səbəbdən də, çatdırılma qiymətləri normal qiymətlərə uyğunlaşdırılıb”. Ekspert xatırladıb ki, alıcılar daha endirimli çatdırılma xidməti üçün digər Türkiyə ünvanını göstərməklə sifarişlərini edə bilərlər. Nicat Manafov onu da qeyd edib ki, yaxın bir neçə aydan sonra “Temu” elektron mağazası da çatdırılma xidmətində qiymət artımına gedəcək: “Trendyol”un bu qiymət siyasəti gözlənilən idi. Onlar artıq Azərbaycan bazarından pul qazanmaq istəyirlər. Bu, təcrübədə bilinən siyasətdir. Bir müddət öncə taksi xidməti həyata keçirən “Bolt” şirkəti də ödənişsiz çatdırma xidməti ilə bazara daxil olmuşdu. Sonra nəyinki çatdırılma qiymətini qaldırdılar, hətta xidmət haqqı da almağa başladılar. Yaxın zamanda Çinin “Temu” alış-veriş saytı da çatdırılmada yeni qiymətlərlə bazarda işinə davam edəcəkdir”.

Gülbəniz Hüseynli / Metbuat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
1

1Mənbələr

Şərh ()
Bağla