AZ

"Finca Azərbaycan" faiz gəlirini və xalis mənfəətini açıqladı

"Finca Azərbaycan" MMC Bank Olmayan Kredit Təşkilatı 2023-cü ili 3 milyon 908 min manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2022-ci ili 3 milyon 267 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il "Finca Azərbaycan"ın xalis mənfəəti 641 min manat və ya 19,6% artıb.

Marja.az xəbər verir ki, "Finca Azərbaycan"ın faiz gəlirləri 2022-ci ildə 11 milyon 854 min manat ikən, 2023-cü ildə 17 milyon 713 min manata yüksəlib.

Ötən il "Finca Azərbaycan"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 11 milyon 66 min manat və ya 26 faiz aratarq 56 milyon 541 min manata çatıb.

Finca Azərbaycan
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
marja.az

1Mənbələr