İran islami qaydalar, şiə təriqətinin şərtləri əsasında idarə edilməlidir.
Yenipress.az xəbər verir ki, bunu İran rəhbəri Əli Xamenei deyib.
O, şiə imamları və onların hədəflərinin bütün dünyada tanıtdırılmasının vacibliyini vurğulayıb:
“Onların (şiə imamları – red.) əsas məqsədi islam cəmiyyəti yaratmaq idi. İslam hökuməti yaratmadan islam cəmiyyəti yaratmaq mümkün deyil. İmamların mühüm cəhəti budur. İmamət din və dünyanın başı, maddə və məna başçılığı deməkdir”, - deyə Xamenei islamın şiəlikdən ibarət olduğunu iddia edib.