AZ

"Sədaqət Əsədova məndən 3 min manat rüşvət tələb edib ki, sizə ev verəcəyik, amma..." - SUMQAYIT İCRA HAKİMİYYƏTİNİN ƏMƏKDAŞI HAQDA ŞOK İDDİA

Sumqayıt şəhər sakini Həsənov Fikrət Lətif oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. O, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil təsərrüfatı və mənzillərin qeydiyyatı idarəsinin müdirindən şikayətçidir:

“Mən, Fikrət Həsənov Lətif oğlu, bildirirəm ki, 1987-ci ildən ümümu əsaslarla mənzil növbəsindədiyik. Özüm 2-ci dərəcəli əliləm.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil təsərrüfatı və mənzillərin qeydiyyatı idarəsinin müdiri Sədaqət Əsədova məndən 3 min manat rüşvət tələb edib ki, sizə ev verəcəyik. Mən ona bildirdim ki, bizim o qədər pula gücümüz çatmır. Axırı məndən 200 manat aldı ki, narahat olma, sənə kömək edəcəyəm.

30.12.2023-cu il tarixində 200 AZN pulu şəxsən Sədaqət Əsədovaya vermişəm. Həmin vaxt Sədaqət xanımın köməkçisi Pərvin xanım da yanımızda olub. Pulu onlara verməyimlə bağlı əlimdə telefon danışıqları, səs yazıları var.

200 manat pulumu almalarına baxmayaraq, mənə heç bir köməklik etmədilər. S.Əsədova mənə deyir ki, hara istəyirsən get şikayət et. Məndə məcbur qalaraq 01.03.2024-cu il tarixində Baş Prokurorluğa müraciət etmişəm.

Şikayətimə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşı Mikayıl Quliyev baxırdı. Təəssüflər olsun ki, M.Quliyev bu günə kimi tədbir görmür. Hətta telefon zənglərimi belə, açmır. Bir sözlə, şikayəti ört-basdır edir.

Onu da qeyd edim ki, S.Əsədova mənim kimi bir çox insanları bu yolla aldadıb. Hətta adını çəkdiyim xanım vətəndaşların evdə olmamasından istifadə edərək, mənzilləri satır. Bütün dediklərimə dair sübutlarım var".
Şikayətçinin redaksiyamıza göndərdiyi videonu oxuculara olduğu kimi təqdim edirik:

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23

1Mənbələr

Şərh ()
Bağla