AZ

Prezidentin Şuşadan etdiyi çağrışlar revanşist ermənilər üçün ciddi xəbərdarlıqdı...

Prezident Şuşadan revanşist ermənilərə və onların havadarlarına ciddi xəbərdarlıq etdi. Əgər onlar bu xəbərdarlıqdan nəticə çıxara bilməsələr, bütün məsuliyyət də elə onların üzərində qalacaq...
 
Erməni cəmiyyətinin revanşist toplumu sakitləşə bilmir. Revanşist ermənilərin dəyirmanına su tökən və yüz illər boyu özgə suyunu bulandırmaqla bu suda balıq tutmağı özünün xarici siyasətinin ana xəttinə çevirənlər başa düşməlidirlər ki, bu oyunların sonu onların bu gün yerdən - yerə oynatdıqları ermənilər üçün çox acınacaqlı bir sonluqla yekunlaşacaq. Bu güclər otuz il ərzində də eyni oyunu oyunadılar. Bəs sonda nə oldu? Biz bunlara - bu oyunları oynamayın, ermənilərin boş başlarını yalan vədlərlə doldurmayın desək də xeyri yoxdur. Bunlar erməni toplumunun radikal revanşist qanadı ilə oynamaqda davam edirlər. 
 
Bu gün erməni cəmiyyəti iki yerə parçalanıb – N.Paşinyanın tərəfdarları və onun siyasi gedişlərini qəbul etməyən, böyük güclərin yedəyində gedən revanşistlər! İlk baxışda bu gün sülh istəyən ermənilərdən biz də razı qalmalıyıq. Ancaq biz ermənilərin bu gün sülhü və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bu toplumunun səmimiyyətinə inansaq, böyük yanlışlıq etmiş olarıq və bunun bədəlini də ağır ödəyərik. Açaq qulaqlarımızı, açaq gözlərimizi, yaxın və uzaq tarixə baxaq! Erməni xisləti heç vaxt dəyişməyib və bu toplum yer üzündən silinib qurtarana qədər də dəyişməyəcək. Ona görə bu gün Azərbaycanın hərbi qüdrəti qarşısında dalana dirənmiş ermənilərin sülh sevgisinin saxta olduğuna heç kim şübhə etməsin.
 
Baxın, bunların həyasızlığı o yerə çatıb ki, kamera qarşısında utanmadan deyirlər ki, biz Qazaxın bu kəndlərini vaxtılə qan töküb işğal etmişik və bu səbəbdən, ölsək də kəndləri tərk etməyəcəyik. Bu insan əxlaqsızlığının son həddidir! Adama dövlətinin başçısı deyir ki, bu torpaqlar sənin vətənin deyil, adamsa deyir ki, mən buranı özümə vətən etmişəm vəssalam! N.Paşinyan da bir vaxtlar Qarabağ Ermənistandır və nöqtə demişdi. Ancaq onun nöqtəsinin qarşısına Azərbaycan Prezidenti elə bir nida işarəsi qoydu ki, bundan sonra ermənilərin iti də ipi də getdi. 
 
Hadisələrin təhlili və gedən prosseslər onu göstərir ki, ermənilər gerçəkdən millət olaraq psixoz bir durumdadılar. Onları bu durumdan ancaq Azərbaycan Ordusu xilas edə bilər. Biz bunu istəmirik, ancaq görünən budur ki, revanşizm xəstəliyinə tutulmuş ermənilər bunu bizdən təkidlə istəyirlər. Bir gün səbr kasamız dolacaq və bu yanlarla anlaya bildikləri dildə danışmalı olacağıq. Bu isə Ermənistan adlı bir dövlətin Cənubi Qafqazda sonu demək olacaq... 
 
Bir insan odla çox oynayanda, bir gün özü o odun qurbanına çevrilir. Bu gün erməni toplumu da beləcə ağlını itirmiş kimi odla oynayır.
 
Fikrət Yusifov
professor
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102

1Mənbələr

Şərh ()
Bağla