AZ

Sürücülərin DİQQƏTİNƏ: İyunun 1-dən sonra maşınların qiyməti ARTACAQ? - Açıqlama

Sürücülərin DİQQƏTİNƏ: İyunun 1-dən sonra maşınların qiyməti ARTACAQ? - Açıqlama

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsinin məhdudlaşdırılacağı deyilir.Belə ki, bununla bağlı layihənin iyunun 1-dək Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri və Dövlət Gömrük Komitəsi tərəfindən hazırlanması tapşırılıb. Bəs bu maşın bazarına necə təsir edəcək?

Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Eyyub Əliyev Sonxeber.az-a açıqlama verib.

Bu məhdudiyyət Bakı şəhərində olan avtomobillərə daha çox şamil edilə bilər:

"Bu məhdudiyyət Bakı şəhərində olan avtomobillərə daha çox şamil edilə bilər. Bölgələrə şamil edilməyə bilər. Çünki Bakıda əhali sıxlıq və avtomobil həddindən artıq çoxdur. Fikrimcə müəyyən kriteriyalara cavab verməyən avtomo billərə bu şamil ediləcək. Biz ölkənin qəbul etdiyi qərarlara baxsaq görəriki ki, bu zaman ilk olaraq əhalinin sosial vəziyyəti nəzərə alırlar. İndiki durumda tam məhdudiyyətlərin tətbiq edilməsini gözləmirəm. Buraxılış ilinə görə avtomobillər iki yerə bölünür. Əgər avtomobil retrodursa, ona heç bir məhdudiyyət yoxdur. Amma gündəlik istifadədirsə və yarasırdırsa, eyni zamanda havaya zərərli qazlar buraxırsa bu zaman həmin maşına məhdudiyyətin qoyulmasına söz gedə bilər. Belə olduqda proses bazara təsiri edə bilər. Həmin şəxslər "ayaqlarını yerdən götürmək" üçün avtomobil alacaqlar. Bu zaman daha çox yerli istehsala üstünlük verəcəklər. Çünki yerli istehsal olan avtomobillərin qiyməti indiki durum üçün daha münasibdir"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122

1Mənbələr

Şərh ()
Bağla