AZ

"Bornmut" ispan məşqçi ilə müqaviləni uzadıb

"Bornmut" klubu baş məşqçi Andoni İraola ilə müqavilənin uzadıldığını açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, 41 yaşlı çalışdırıcı 2026-cı ilin ortalarına qədər davam edəcək əmək müqaviləsinə qol çəkib.

İraola keçən yay "Bornmut"un "sükanı arxasına" keçib. O vaxtdan bəri komanda 43 rəsmi oyun keçirib, bu oyunda 17 qələbə, 9 heç-heçə və 17 məğlubiyyəti bayram edib. Mövsümün son həftəsinə gedərkən "Albalılar" İngiltərə Premyer Liqasının turnir cədvəlində 11-ci yerdədir. Xatırladaq ki, Andoni İraola Premyer Liqada mövsümün sonunda ən yaxşılar üçün mükafat uğrunda mübarizə aparan beş məşqçidən biridir.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
90deqiqe.az

1Mənbələr