AZ

Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla sərhədindəki dayaq məntəqələrini tərk edir

Rusiya hərbçilərinin Ermənistanın Azərbaycanla sərhəd bölgələrindən çıxarılması prosesi davam edir.

APA-nın erməni teleqram kanallarına istinadən verdiyi xəbərə görə, bu gündən etibarən Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla sərhədində yerləşən Syünik, Vayots Dzor, Geqarqunik, Ararat və Tavuş vilayətlərindəki dayaq məntəqələrini tərk etməyə başlayıblar.

Qeyd edək ki, ötən gün Rusiya sərhədçiləri 2020-ci ilin dekabrında Gorus və Qafanın Çakaten kəndi arasında sərhəddə qurulan postlardan çıxmağa başlayıb.

Xatırladaq ki, mayın 9-da Moskvada Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə bununla bağlı razılıq əldə edilib. Razılaşmaya əsasən, Rusiya hərbçiləri 44 günlük müharibədən sonra şifahi razılaşma əsasında yerləşdikləri məntəqələri tərk etməlidirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
16
apa.az

10Mənbələr