AZ

"Rusiya hələ də Ermənistana hakimdir" -Politoloq

“Rusiya sərhədçilərinin Ermənistanın paytaxtı İrəvandakı Zvartnots hava limanını, eyni zamanda Azərbaycanla şərti sərhədboyunca yerləşdiyi məntəqələri tərk edəcəyi ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdə razılığın əldə olunmasında qeyri adi heç nə yoxdur. Çünki bu, Rusiyanın Ermənistanda hərbi varlığına son qoyulması anlamına gəlmir”.

Bunu Aznews.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

O, bildirib ki, Ermənistanın Rusiyan qaz asılılığı 84 fizdir, eyni zamanda Ermənistanda istehsal olunan kənd təsərrüfatı məhsullarının ixracının Rusiya bazarından başqa alternativi yoxdur.

“Digər mühüm məqam isə ondan ibarətdir ki, Rusiya Ermənistanda hərbi varlığını saxlayır və 102-ci hərbi baza Rusiya üçün strateji əhəmiyyət daşıyır. Ermənistan rəhbərliyinin bu razılaşmanı qələbə kimi təqdim etməsi Ermənistanın daxili auditoriyasına hesablanıb. Doğrudur, İrəvanın Qərblə əməkdaşlığı Rusiyanı narahat edir, amma bu hələ ki, Rusiyanın milli təhlükəsizliyini təhdid edəcək səviyyəyə çatmayıb. Rusiya hələ də Ermənistana hakimdir. Rusiyanın maraqlarına qarşı Ermənistan hökuməti müəyyən addımlar atsa də Moskvanın gözləmə mövqeyində qalması özünə qarşı təhdidlərin idarəolunmaz səviyyəyə çatmaması ilə bağlıdır. Əgər proseslər bu mərhələyə çatarsa Rusiya buna heç bir halda göz yummayacaq. Ona görə də düşünürəm ki, sözügedən razılaşmanın Rusiyanın Ermənistana nəzarət baxımından ciddi nəticəsi yoxdur. Bu səbəbdən də Rusiyanın Ermnistana təsir imkanlarını itirməsi, yaxud hərbi varlığına son qoyulması kimi yanaşmalar hələ ki həqiqəti əks etdirmir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
aznews.az

1Mənbələr