AZ

Bu ölkələr heç vaxt Avroviziyada qalib olmayıb - SİYAHI

Dünyanın ən uzunmüddətli musiqi yarışması olan Avroviziyaya qatılmalarına baxmayaraq, heç vaxt qalib olmayan ölkələrin siyahısı açıqlanıb.

Bu barədə İqtisadiyyat.az dünya statistikasında araşdırma aparıb.

Araşdırmalara görə, 68 ildir ki davam edən yarışmada 21 ölkə heç vaxt qalib ola bilməyib.

Yarışmada qalib olmayan ölkələrin siyahısı isə belədir:

  1. Andorra
  2. Ermənistan
  3. Avstraliya
  4. Bosniya və Herseqovina
  5. Bolqarıstan
  6. Xorvatiya
  7. Kipr
  8. Çexiya
  9. Gürcüstan
  10. Macarıstan
  11. İslandiya
  12. Litva
  13. Şimali Makedoniya
  14. Malta
  15. Moldova
  16. Monteneqro
  17. Polşa
  18. Rumıniya
  19. San Marino
  20. Slovakiya
  21. Sloveniya

Qeyd edək ki, müsabiqə canlı olaraq keçirilir. Hər ölkədən bir nümayəndə (solist və ya musiqi qrupu) üç dəqiqədən çox olmayan mahnı ifa edərək iştirak edə bilər. Tamaşa zamanı səhnədə altıdan çox adam çıxış etməməlidir. Bütün iştirakçıların çıxışından sonra tamaşaçılar və münsiflər heyətinin səsverməsi ilə ən populyar mahnı müəyyən edilir. Final və yarımfinalda mübarizə aparan bütün ölkələr səsvermədə iştirak edir.

Müsabiqə 1956-cı ildən hər il keçirilir və 600 milyona qədər tamaşaçı auditoriyası ilədünyanın ən məşhur qeyri-idman tədbirlərindən biridir. Avroviziya Qazaxıstan, Qırğızıstan, Kanada, Misir, Hindistan, Livan, Cənubi Afrika, Cənubi Koreya, ABŞ və bir sıra başqa ölkələrdə də yayımlanır, baxmayaraq ki, bu ölkələr müsabiqədə iştirak etmir və Avropadan kənarda yerləşirlər.

 

Gözəl Həşimova

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70

1Mənbələr

Şərh ()
Bağla