AZ

Ruslar yüzlərlə ukraynalını əsir götürdü

Rusiya hərbçiləri Xarkov vilayətinin Volçansk şəhərində Ukrayna Silahlı Qüvvələrinin 100 əsgərini əsir götürüblər.

Publika.az xəbər verir ki, bu barədə "Shot" teleqram kanalı yazıb.

Mayın 10-dan Volçansk uğrunda gedən döyüşlər zamanı Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin daha 170 əsgərini isə öldürüb. Qeyd olunur ki, zərərsizləşdirilən silahlılar arasında Rusiya Könüllülər Korpusunun üzvləri də var.

Qeyd edilib ki, Rusiya Aerokosmik Qüvvələri hava zərbələri ilə Ukrayna Silahlı Qüvvələrinin üç tankını və yeddi zirehli texnikasını məhv edib. Bundan əlavə, teleqram kanalı döyüşlər zamanı Samara zenitçilərinin Ukraynaya məxsus Su-27 qırıcısını vurduğunu qeyd edib.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin bölmələri hazırda Ternovaya kəndini tutmağa başlayıb. Təmizləmə işləri davam edir və hərbi təmas xətti artıq Rusiya sərhədindən təxminən 10 kilometr geri çəkilib.

Cəmilə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
publika.az

1Mənbələr