AZ

Di Maria Beşiktaşa gəlir?

Di

"Benfika"nın baş məşqçisi Rocer Şmidt adı tez-tez "Beşiktaş"la hallanan argentinalı ulduz Anxel Di Marianın gələcəyi ilə bağlı diqqətçəkən açıqlamalar verib. Xalqcəbhəsi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ulduz futbolçunun məşqçisi Rocer Şmidt təcrübəli futbolçunun gələcəyi ilə bağlı bunları deyib: “Di Marianın qalacağına hələ də ümidim var. O, hələ son qərarını verməyib. Di Maria hələ fiziki cəhətdən yaxşı səviyyədədir və çox təcrübəlidir. O, yaxşı mövsüm keçirdi, çoxlu qollar vurdu və məhsuldar ötürmələr verdi.
O, Argentinada karyerasını başa vurmaq istəyirdi. Ancaq dəqiq qərar verməyib. Onun daha 1 mövsüm qalmasını istəyirəm”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
xalqcebhesi.az

1Mənbələr