AZ

"Qarabağ"ın mükafatlandırılacağı stadion məlum oldu

style='margin-bottom:10px;'>

Misli Premyer Liqasında 36-cı turun “Araz-Naxçıvan” – “Qarabağ” oyunundan sonra mükafatlandırma mərasimi keçiriləcək.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, 26 may tarixində “Azersun Arena”da keçiriləcək tədbirdə cari mövsümün çempionu “Qarabağ” klubuna medallar və çempionluq kuboku, həmçinin turnirin bombardirinə mükafatlar təqdim ediləcək.

Sözügedən görüş “Liv Bona Dea Arena”da keçirilməli idi. Lakin Peşəkar Futbol Liqasının bu gün yaydığı məlumatda oyunun stadionunun dəyişdirildiyi bildirilib. Azərbaycan Kubokunun final qarşılaşması ilə bağlı “Liv Bona Dea Arena”da aparılan işlər və Misli Premyer Liqasının 2023/24-cü illər mövsümünün mükafatlandırma mərasimi ilə əlaqədar olaraq “Araz Naxçıvan”  - “Qarabağ” görüşü “Azersun Arena”da oynanılacaq.

Sözügedən matç mayın 26-da, saat 19:30-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
2
teleqraf.com

2Mənbələr