AZ

Kiyevdə planlaşdırılan terror aktlarının təfərrüatları açıqlandı: Çay qutusunda bomba

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Kiyevdə Rusiyanın hazırladığı, amma qarşısı alınan terror aktlarının təfərrüatlarını açıqlayıb.

Publika.az xəbər verir ki, 2 gün əvvəl SBU mayın 9-da Kiyevdə silsilə terror aktları hazırlandığı barədə məlumat vermişdi. Lakin əməliyyatçılar fəal çalışaraq cinayəti planlaşdıranları yaxalayıblar. Həmin vaxt heç bir əlavə məlumat verilmədi.

İndi departamentin mətbuat katibi Artyom Dextyarenko konkret məqamlar haqda məlumat verib. SBU nümayəndəsinin məlumatında bildirilir ki, saxlanılanlar üç ticarət mərkəzinə, həmçinin Kiyevdə məşhur kafenin yaxınlığında park edilmiş avtomobilə partlayıcı qurğular yerləşdirmək niyyətində olublar. Şübhəlilər ticarət mərkəzlərindən birinin dayanacağında saxlanılıb.

Əməliyyat zamanı qida maskalı 15 bomba zərərsizləşdirilib. Partlayıcı qurğulardan biri quru çay olan qutuya yerləşdirilibmiş.

Saxlanılan şəxslər ifadə verərək bildiriblər ki, onların hər biri buna görə 5 min dollar almalı idi. SBU hesab edir ki, cinayətkarlar Rusiyadan olan kuratorun göstərişi ilə hərəkət ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92

1Mənbələr

Şərh ()
Bağla