AZ

Qalmaqallı "MT Construction" tikinti şirkətinin fəhlələri qanunsuz işlətdiyi aşkarlanıb

"MT Construction" tikinti şirkəti cərimələnə bilər.

İqtisadiyyat.az xəbər verir ki, Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) daxil olan müraciərlər əsasında şirkətdə yoxlama aparıb.

Yoxlamalar zamanı şirkətin fəhlələri əmək müqaviləsi bağlamadan işə cəlb etdiyi aşkarlanıb. 

Buna görə qurum şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edib.

Daha sonra protokol baxılması Nərimanov Rayon Məhkəməsinə göndərilib. İş hakim Vüsal Qurbanovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmə protokolu təsdiq edərsə, "MT Construction" tikinti şirkəti 25 000 manatadək cərimələnəcək. 

Şirkətin barəsində protokol tərtib olunan maddədə deyilir ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
2

1Mənbələr

Şərh ()
Bağla