İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu heyvandarlığın inkişafı layihəsinə 150 min manat güzəştli kredit ayırıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabında bildirib.
Nazir qeyd edib ki, bu kredit sahibkar Müşfiq Həsənova ayrılıb.
“Layihə İsmayıllıda icra olunacaq”, – o əlavə edib.