AZ

Bakı Parisi vurdu

“Fransa İrəvana uzaqvuran “CAESAR” qaubitsaları verəcək” bədxəbərini Azərbaycan heç vaxt cavabsız saxlaya biləməzdi. Bu cür çağrılara, hədələrə Azərbaycan hərbi doktrinası, diplomatiyası, Prezidenti müvafiq, adekvat cavab verməliydi, verdi də.

Unutmayaq - bu cavab İrəvandan çox Parisə, Fransa hərbi-sənaye kompleksinə verilirdi.

Mövzu belədir: “Azərbaycan hərbi doktrinası 152 çaplı Rusiya mərmilərini 155 çaplı NATO standartına necə keçirəcək?” sualı bu gün üzərimizdə Domokl qılıncı kimi asılıb. Hərbi doktrinamız bu suala özünəməxsus, orijinal cavab tapdı. Sualın cavabı Şərqi Avropa hərbi sənayesində tapıldı.

Azərbaycan üçün Avropanın yolu Şərqi Avropa coğrafiyasından başlayır. 

Dunay çayı isə Avropanın ən böyük təbii yolu, şah damarıdır. Qara dənizə tökülən bu çay Qafqazı Avropaya yaxın edir. Dunay hövzəsi ölkələri - Serbiya, Macarıstan, Slovakiya, Rumınya ilə əlaqələrimiz ilk növbədə, bax, bu əlverişli topoqrafiya, coğrafiya ilə...

Bir də...

Bir də həmin ölkələrin gəlişmiş, son dərəcə inkişaf etmiş hərbi sənayesi ilə bağlıdır. Ancaq bu gələcək əməkdaşlığın ayağı həmişə 152 çaplı Rusiya hərbi standartına ilişir. Şərqi Avropa da, Azərbaycan da bu köhnə standartın hələ ki əsiridir.

Bu ölkələrdə istehsal edilən uzaqvuran atəş sistemlərini 155 çaplı NATO sisteminə keçirmək isə külli miqdarda vəsait, sabit sponsor istəyir.

Azərbaycan da, Şərqi Avropa müdafiə qurumları bu Qordi düyününü özünəməxsus həll etmək istəyirlər. Yanvar ayından Bakıya əvvəlcə Serbiya hərbi nümayəndə heyəti qonaq gəldi. Sonra Slovakiya Baş nazirinin müavini, müdafiə nazirri Robert Kalinyak ölkəmizə təşrif gətirdi. Mətbuatda xəbərlər yayıldı ki, Azərbaycan Serbiyadan 48 ədəd uzaqvuran “Nora”, Slovakiyadan isə 70 ədəd “DİTA” qaubitsası ala bilər. Bəs hərbçilərimiz bu qaubitsalarla maraqlanıblar?

Ancaq bəzi detallar bu görüşlər zamanı yox, Slovakiya Baş naziri Robert Fitsonun Bakı səfərində açıqlandı.
O dedi: “Bizdə hərbi texnologoyalar var, istehsalat meydançalarımız da. Maliyyəni isə Azırbaycan ödəyəcək. Birgə silah istehsalına başlamaq gələcək planlarımızdadır”. Detallar üzərindən pərdə də bax bu vaxt qaldırıldı. Bəllli oldu ki, Slovakiya, Macarısatan, Serbiya hərbi sənayesi rus sdandartı ilə NATO standartını  əvəzləmək yox... yox...

Bir tərəzidə oxşar qaubitsalarda - “NORA” ilə “DİTİ”də realaşdırmağa girişir. 

Yəni Azərbaycanın Sebiyadan, Slovakiyadan, Çexiyadan alacağı “DİTA”, “NORA” qaubitsaları həm Rusiya, həm NATO sdandartı ilə atəş açacaq. Yəni, həm 152 çaplı mərmilərlə silahlanacaq, həm də 155 çaplı mərmilərlə.

“Bu mümkündürmü?” sualına daha çox hərbi mütəxəssislər cavab versə yaxşıdır. Detallı izahı qoy hərbi mütəxəssislər versin.

Slovakiya, Serbiya hərbi heyətlərinin Bakıya yanvar səfərləri sonra öz səviyyəsini bir pillə də artırdı. Aprel-may aylarında Slovakiya Baş naziri Robert Fitso Bakıya gələrək mövzuya yeni təkan verdi. Mövzu ətrafında bəzi sənədlər imzalandı.

“Biz dinc adamlarıq. Ancaq zirehli qatarımız həmişə ehtiyat yolundadır” mahnısı bu dəfə səsgücləndiricilərdən Parisə, İrəvana tərəf yayıldı.

Fransa hərbi makinasına, “CAESAR” qaubitsalarına qarşı Bakıdan cavab atəşi ilk dəfə, bax, bu cür açıldı.
 
Azərbaycan Şərqi Avropa hərbi sənayesində həm Rusiya, həm NATO standartını maliyyləşdirməyə girişdi. 
Həm Rusiya hərbi sənaye maraqlarını nəzəra aldı, həm NATO. Moskvanı qıcıqlandırmadı. Elə Brüsseli də.
Paris isə indi qoy öz səhvləri üzərində düşünsün.

P.S. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il aprelin 30-da “Boeing” şirkətinin icraçı vitse-prezidenti, “Boeing Commercial Airplanes” şirkətinin prezidenti və Baş icraçı direktoru Stenli Dili qəbul etmişdi. Hələ 2018-ci ildən başlayan bu görüşlər gördüyümüz kimi öz dinamikasını artırmaqdadır. Fransanın Tuluza şəhərində yerləşən “SAS” Avropa Aerokosmik Sənayesi bu görüşdən bərk narahatdır. Şirkətin “Airbus A320” təyyarəsi, deyəsən, Azərbaycan başda olmaqla bütün Turan səmasını itirir. Şirkət erməniəsilli  səhmdarların qurbanınamı çevrilməlidir?

Yəni Bakının Parisə açdığı atəşlər çox dəqiq, çox uzaq hədəflidir. Kosmik məzmunludur.

İndi isə üzərinə uzaqvuran qaubitsalar da gəldi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
352
anspress.com

1Mənbələr