AZ

Ruhi xəstəxanaların qorxulu görüntüləri: görün xəstələrin başına…

Təsəvvür edin ki, ruhi xəstələrin yerləşdirildiyi bir məkanda yalnızsınız. Hansı hissləri keçirərsiniz? Düşünmək belə çətindir, eləmi? Hələ ki, qala tərk edilmiş, amma daxilində ruhi xəstələr üzərində aparılan “müalicə metodları”nı əks etdirən fotolarla zəngin olan köhnə xəstəxanada tək başına gəzəsən. Təsəvvür etmək belə insanın canına qorxu salır. Həmin xəstələrin “sakitləşdirilməsi”, “müalicəsi” ilə bağlı 100 il sonra ortaya çıxan görüntülər təsəvvürümüzü dəhşətli mənzərənin ənginliklərinə aparır.

RealMedia.az Publika.az-a istinadla köhnə ruhi xəstəxanalarda çəkilmiş müalicə üsullarının qan donduran fotoları təqdim edir:

Vest Riding Ruhi Xəstəxanasında kresloya bağlı xəstə -Yorkshire İngiltərə, 1869.

İlk dəfə 1900-cü illərin əvvəllərində hidroterapiyadan istifadə edilib. Bu da xəstənin həyəcanlandığı və ya pisləşdiyi zaman onu su ilə dolu vannaya yerləşdirmək deməkdir. Bu proses bir neçə saat və ya daha çox çəkə bilər.

17-ci əsrdə əqli cəhətdən qeyri-sabit insanlar üçün istifadə edilən maska.

İtaliyada tərk edilmiş ruhi xəstəxana.

Vərəmli ana bazar gününü ailəsi ilə keçirmək üçün xəstəxana otağını tərk etdi, amma yatağından çıxa bilmir.

Xəstələri sakitləşdirmək üçün istifadə edilən stul.

Serbiya Psixiatriya Xəstəxanası, 1999.

1920-ci illərin əvvəllərində serebral diatermiya müalicəsi alan xəstə.

Zirzəmidə yerləşən yemək otağı.

Paranoid şizofreniya xəstəsinin rəsmi

Aysel Şahmar

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
278
realmedia.az

1Mənbələr