AZ

Ukrayna niyə müdafiə oluna bilmir?

Ukrayna höküməti Qərbdən gələn 60 milyard dollarlıq hərbi yardımdan sonra belə sərhəddə heç bir üstünlük əldə etməyi bacarmayıb.

Ednews xəbər verir ki, 2023-cü ildə Ukraynaya göndərilən ABŞ-nin "Abraham" tankları hələ bir neçə həftə əvvəl döyüş meydanına buraxılıb.

Son bir neçə gündə Rusiya qoşunları Xarkiv şəhərinin ətraf rayonlarını ələ keçirməyə davam edir. Məlumata görə, rus orduları Lyptsi, Starytsia və Vovchansk şəhərlərinə çatmağa çalışır. Cəbhə boyu irəliləyən Rusiya hərbçiləri artıq döyüş meydanında üstünlüyə nail olublar. 

Rusiya tərəfi ağır artilleriyadan davamlı şəkildə istifadə edir. Qeyd edək ki, Rusiya Xarkiv ətrafını ələ keçirtmək üçün xüsusi əməliyyatlara davam edir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68

1Mənbələr

Şərh ()
Bağla