AZ

MƏHKƏMƏ HAKİMİ HƏBS EDİLDİ – Antikorrupsiya Bərdədə əməliyyat keçirib (FOTO)

Bərdə Rayon Məhkəməsinin hakimi Elsun Məmmədov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.

RealMedia.az xəbər verir ki, bu barədə “Gununsesi.info” saytı özəl mənbələrə istinadla xəbər yayıb.

Məlumata görə, məhkəmə hakimi rüşvət almaqda günahlandırılır. Onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün bu gün məhkəməyə çıxarılacağı gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
244

1Mənbələr

Şərh ()
Bağla