AZ

"Nokia" bu telefonunu yeniləyir və satışa çıxarır

Smartfonların olmadığı bir vaxtda buraxılan "Nokia 3210"un 25 illiyi üçün yeni versiya satışa çıxarılıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu bütün "Nokia" markalı telefonları istehsal edən "HMD" və ya "Human Mobile Devices" elan edilib.

"Nokia" tərəfindən hazırlanmış bu əfsanəvi telefon o vaxtlar indiki "iPhone" kimi məşhur olub.

İyirmi beş il əvvəl buraxılan telefon mayın 15-də yenilənmiş versiyası ilə satışa çıxarılacaq və təbii ki, əfsanəvi "Snake" oyunu da bura daxildir.

Yenilənmiş "3210"un qiymətinin 89 avro olacağı gözlənilir.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
iqtisadiyyat.az

1Mənbələr