AZ

“Paşinyanın vaxtından əvvəl uzaqlaşdırılması...” - Qalumyan

Keşiş Baqrat Srbazan əsas işindən uzaqlaşaraq siyasətlə məşğul olmaq istəyir, məncə, pis başladı.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim partiyasının deputatı Vahe Qalumyan deyib.

“Baqrat Srbazanla qəhvə içmişəm, çörək yemişəm, kifayət qədər yaxın münasibətlərimiz vardı, amma axır vaxtlar soyuyub”, - siyasətçi bildirib.

Müstəqil deputat İşxan Zakaryanın Baqratın Baş nazir Nikol Paşinyanın impiçmenti üçün imzatoplama kampaniyasına qoşulmaq təklifindən imtina etməməsi ilə bağlı yayılan iddiaya toxunan Vahe Qalumyan həmkarının nə imtina, nə də qəbul etdiyini söyləyib.

Deputatın fikrincə, Zakaryan yekun qərar qəbul etməli və bunu ictimaiyyətə açıqlamalıdır:

“Parlamentdə impiçment gündəliyi yoxdur, mitinqlərdə iştirak edənlərin azlığı bundan xəbər verir. Hərəkatın zəiflədiyini görürəm. Delimitasiya və demarkasiya haqda nəsə deyirdilər, amma etiraz aksiyalarında bu haqda danışılmadı, vurğu bu olmadı. Sadəcə hakimiyyətə etimadsızlıq bildirmək üçün bəhanə kimi istifadə etməyə çalışırlar ki, bu da Ermənistan vətəndaşları üçün gündəm məsələsi deyil”.

Qalumyan revanşistlərin iddialarının əksinə olaraq, delimitasiya və demarkasiya prosesinin qeyri-qanuni olmadığını vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51

1Mənbələr

Şərh ()
Bağla