AZ

Sərhəddə demarkasiya niyə dayanıb? - SƏBƏB

“Tavuşda demarkasiya prosesi dayandırılmayıb”. 

“Cebhe.info” xəbər verir ki, bunu mayın 13-də parlamentdə jurnalistlərlə söhbətində hakim “Mülki Müqavilə” partiyasından olan deputat Vahe Qalumyan deyib. 

“Əgər Günəndəki (Kirants) üç problemli məqamdan danışırıqsa, bu proses bir müddətdir ki, sakinlərin təqdim etdiyi mülkiyyət sertifikatlarının müqayisəsi üçün dondurulub. 

Onlar sərhəd-keçid məntəqələrində quraşdırılan postlarla müqayisə edilməlidir. Söhbətin neçə mülkiyyət şəhadətnaməsindən getdyini bilmirəm. İrəvandakı iki qonşunun kadastr sertifikatlarını müqayisə etsəniz, çaşqınlıq mümkündür. Sərhəddə də oxşar kiçik kənarlaşmalar ola bilər. Xəritədə sərhəd xətti yerləşdirildikdə 100-120 metrə qədər olan ərazini ifadə edir”, - deyə Qalumyan qeyd edib. O,  demarkasiya prosesinin hansı ilin xəritəsinə əsasən aparıldığını bilmədiyini deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20

1Mənbələr

Şərh ()
Bağla