AZ

"Mehdi Hüseynzadə"nin kassaları niyə oyuna 2 gün qalmış satışa başlayır?- AÇIQLAMA

Sumqayıtlı futbol azarkeşləri komandalarının oyununa bilet satışından narazıdı.

Rekord.az xəbər verir ki, narazılığın bir qismi stadiondan bilet satışının gec təşkili ilə bağlıdır.

Belə ki, online bilet almaq istəyənlər həftənin əvvəlindən bunu edə bilsə də, kassadan bilet almaq istəyənlər bunun üçün oyunun startına 2 gün qalmışa qədər gözləməlidir. Çünki "Sumqayıt" kassadan satışı yalnlız oyuna iki gün qalmış aktivləşdirir. İkinci bir narazılıq isə kassaların səhər tezdən yox, yalnız günortadan sonra açılmasıdır. Məsələn, "Səbail"lə dünənki oyun günü saat 13:00-a qədər hələ də kassalar açıq olmayıb. Bütün bu narazılıqlarla bağlı "Sumqayıt"ın mətbuat katibi Zaur Xudiyevlə əlaqə saxladıq. O, yaranmış duruma belə aydınlıq gətirdi: "Biz "Neftçi" ilə açılış oyunundan öncə kassanı quraşdırmışıq, o gündən fəaliyyət göstərir. Hər ev oyunumuzdan 4-5 gün öncədən də kassanın fəaliyyətini aktiv edirik. Sadəcə, maraq istənilən səviyyədə olmur. Bəzən əməkdaş bütün günü oturur orda və günə cəmi 3-4 bilet satılır. Ona görə sonradan qərara aldıq ki, həmin əməkdaşı daimi yox, günün müəyyən saatlarında orda oturdaq. Məsələn saat 16:00-19:0 arasıı. Bir neçə oyun da bu praktikadan istifadı etdik. Düşündük ki, həmin saatlarda stadion ərazisində canlanma olur, akademiyada məşqlərin qızığın vaxtı olur, valideynlər uşaqlarını gətiriri, o cümlədən cüdo, boks bölmələrinə gələnlər, saat 6-da işdən çıxıb, yolu stadionun yanındna keçən insanları nəzərə aldıq. Amma bu da effekt vermədi. Biletlərin deyərdim ki, 90-95 faizi oyun günü, oyunun startına 2 saat qalmışdan etibarən satılırdı. "Səbail"llə dünənki oyunda da elə oldu. Matçın 20-ci dəqiqəsi idi, amma kassada bilet satışı sürətlə gedirdi. Təbii ki, hər bir azarkeş fikiri bizim üçün çox önəmlidi, onları da başa düşürük, amma sizin vasitənizlə onlardan da xahiş edirik ki, bizi də başa düşsünlər, bir qədər səbrli olsunlar. Əgər sırf kassadan bilet almaq istəyənlər varsa, bizim kassa işləməsə belə, ASAN Xidmətin kassaları işləyir və ora yaxınlaşıb gün boyu bilet ala bilərlər".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
2
rekord.az

3Mənbələr