AZ

“Gəncəni və “Kəpəz” azarkeşlərini çox sevirəm” – Georgi Kantariya

Hazırda Livanın “Nejmeh” klubundan çıxış edən sabiq “Kəpəz”li Georgi Kantariya İdmanxeber.az saytına müsahibə verib. Gürcüstanlı futbolçu yenidən Azərbaycana qayıtmaq ehtimalı və digər məsələlərdən danışıb:

– Livanda işlərin necə gedir? 

Burada hər şey qaydasındadır. Çox isti münasibəti olan, qonaqpərvər insanlardır.  Düzdür, çempionatda bəzi infrastruktur və digər problemlər var. Lakin ümumilikdə bu ölkənin hesabatlı futbol çempionatına ev sahibliyi etmək üçün böyük potensialı var. Azərbaycanla fərqi yalnız ondadır ki, sizin ölkəniz Avropada, Livan klubları isə Asiyada çıxış edir. 

– Bizdə olan məlumata görə, yenidən “Kəpəz”ə qayıtmaq istəyirsən…

“Kəpəz”ə qayıtmaq istəmədiyimi deyə bilmərəm, çünki bu komanda mənə yaxındır. Gəncəni və bütün “Kəpəz” azarkeşlərini sevirəm. Mənim haqqımda doğru olmayan şeyləri yazırlar. Mən “Kəpəz”dən pula görə getməmişəm. Bu, yalandı. Kluba da məni qaytarmaları üçün heç bir xəbər göndərməmişəm. Qışda transfer cəhdimin uğursuz alındığı iddiaları da doğru deyil. Heç vaxt deməmişəm ki, “Kəpəz”ə qayıdacağam.  Təklif də yoxdur. Amma olsa, mütləq nəzərə alacam.

– Bəs gələcək karyeran barədə nə düşünürsən?

Arzum Avropa klublarının birinə qayıtmaqdır. Azərbaycan və ya başqa bir Avropa ölkəsi olacağını zaman göstərəcək. Bununla belə, özümü burada çox yaxşı hiss edirəm və heç bir problemim yoxdur. Azərbaycan çempionatını çox bəyənirəm, kifayət qədər rəqabətlidir. Təklif gəlsə, mütləq nəzərdən keçirəcəyəm, amma hələlik konkret bir şey yoxdur”.

– Belə başa düşürəm ki, “Kəpəz”ə qayıtmağa müsbət yanaşırsan…

Orada bir mövsüm keçirmişəm. Bu şəhər və azarkeşlər mənə çox yaxın oldular. Bu günə kimi bir çox azarkeş mənə yazaraq geri qayıtmağımı xahiş edir. Baxmayaraq ki, klub rəhbərliyi ilə heç bir söhbətim olmayıb. Ümumiyyətlə, oynadığım bütün komandalarda belə olmuşam. Hər yerdə mənə qarşı sevgi, hörmət olub. Bu klubdan gələcək təklifi həmişə gözdən keçirməyə hazıram. Pula o qədər də önəm vermirəm.

Həsən Quluzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
idmanxeber.az

1Mənbələr