AZ

“Mən pis nə edirəm ki?” - Qalstanyandan İLGİNC AÇIQLAMA

“Hakimiyyət kilsənin işlərinə daim müdaxilə edib və bundan sonra da qarışmağa çalışacaq”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu bu gün jurnalistlərlə söhbətində Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyan deyib.

Qalstanyan bununla “öz hərəkətlərilə hakimiyyətə kilsənin fəaliyyətinə müdaxilə etmək hüququ verməsi” ilə bağlı tənqidlərə cavab verib.

Revanşist keşişin sözlərinə görə, o, vaxtaşırı bütün ermənilərin katolikosu II Gareginlə görüşür. Sonuncu görüş iki gün əvvəl baş tutub.

Erməni Ali Ruhani Şurasının onu fəaliyyətindən narazı olması ilə bağlı iddialara toxunan arxiyepiskop bildirib ki, qeyri-adi heç nə etmir.

“Həyat həmişəki kimi davam edir. İnsanları öz hisslərini ifadə etməyə və həqiqəti söyləməkdən çəkinməməyə təşviq edirəm. Bunda qəribə nə var? Deyirəm: özümüzü təmizləyək, barışaq. Burada pis nə var ki”, - deyə Baqrat Qalstanyan bildirib. 

“Ermənistanın baş naziri Nikol Paşinyanın istefasına neçə günə nail olacaqsınız” sualına keşiş Qalstanyan “Nə qədər vaxt lazımdırsa” cavabını verib.

Maraqlıdır ki, təxribatçı keşiş Ermənistanda dinin hansı hüquqla dövlət işlərinə qarışdığını demir. Deyəsən, Ermənistanda bu sualı verən də yoxdur.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
2

1Mənbələr

Şərh ()
Bağla