AZ

Ermənistan tarixdən dərs çıxarmalı, onu silahlandıranların oyununun parçası olmamalıdır - ŞƏRH

Bakı. Trend:

Azərbaycan hər zaman sülh və sabitliyin bərqərar edilməsi üçünçağırışlar edir.

Bu barədə Trend-in suallarını cavablayarkən TürkiyəninAzərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general YücelKarauz deyib.

Onun sözlərinə görə, başda Fransa, Yunanıstan, Hindistanolmaqla, bir sıra ölkələr Ermənistanı silahlandırır.

"Sözügedən ölkələr Cənubi Qafqazda sülh olmaması üçün əllərindəngələni edirlər. Zəngəzur dəhlizinin reallaşmaması ilə yanaşı,Azərbaycanın ərazi bütövlüyünə qarşı revanşist duyğularlaErmənistanı hazırlaşdırırlar. Eyni zamanda, Ermənistancəmiyyətindəki müxalifəti, əli qanlı Xocalı qatillərini küçərələrətökərək, sülh istəmədiklərini söylədirlər. Ermənistan heç bir vaxtyalnız olmayıb, öz iradəsi ilə hərəkət etməyib.

Hazırda Ermənistanın Azərbaycanla sülh sazişi imzalamaqdan başqaçarəsi yoxdur. Amma Fransa, Yunanıstan, Hindistan və bəzi Qərbölkələri, dairələri öz mənfəətləri üçün Ermənistanın sülhmüqaviləsini imzalamasını gecikdirirlər.

Hər kəs ağlını başına yığmalıdır və Azərbaycan-Ermənistanarasında sülh razılaşmasına mane olmamalı, töhfə verməlidir.Ermənistan tarixdən dərs çıxarmalı və Qərbin, onusilahlandıranların oyununun parçası olmamalıdır. Əgər tarixdənnəticə çıxarmasa, bunun msəuliyyəti Azərbaycanın üzərində deyil", -deyə Y.Karauz bildirib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
3
az.trend.az

4Mənbələr