AZ

Çinlilər boğaz və bronxlardakı bəlğəmi belə təmizləyir - Video

Çinlilər boğaz və bronxlardakı bəlğəmi belə təmizləyir - Video



 14:41 13.05.2024     325

Bəlğəm siqaret çəkənlərin, ağciyər və bronxlarında problem olanların tez-tez rastlaşdığı xəstəlikdir. İlk başlarda insan bəlğəmi çox da ciddiyə almır, keçib gedər deyir. Lakin bəlğəm uzun müddət müalicə olunmasa ağırlaşa bilir.

 

Bəlğəmi azaldan qidalar: Şorbalar; Su və isti içkilər; Paxlalılar; Kəpəkli düyü, qara undan makaron, kəpəkli çörək; Sarımsaq, soğan; Gül kələmi, kərəviz, qulançar; Brokoli, Brüssel kələmi kimi tərəvəzlər; Zəncəfil, zəncəfil yağı, limon; Ananas, portağal, qreypfrut; Evdə bəlğəmin müalicəsi Ø Buxar vannası. İsti suyun altında, ən azı, 10 dəqiqə gözləyin. Bu proseduru gündə 2 dəfə təkrarlayın. Yaxud bir qaba qaynar su tökün. Başınıza bir məhrəba salın, buxarla nəfəs alın. Proseduru gün ərzində bir neçə dəfə həyata keçirin; Ø Nəmli hava. Quru hava ciyərlərdəki bəlğəmin qatılaşmasına səbəb olur. Bunun qarşısını almaq üçün evinizdə nəmləndirmə cihazı istifadə edə bilərsiniz. İstilik cihazlarının üzərinə, yaxud yaxınlığına 1 kasa su qoyun; Ø Bol-bol su içmək. İlıq su bəlğəm çıxartmağı asanlaşdırır, bəlğəmin yaratdığı tıxanıqlığı azaldır; Ø Duzlu su ilə qarqara. 1 stəkan ilıq suya 1 çay qaşığı duz qatın. Gün ərzində bir neçə dəfə boğazınızı bu qarışımla qarqara edin;

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
demedia.az

1Mənbələr