AZ

Bülent Ersoy vəsiyyətini açıqladı : “Ona tapşırmışam…”

Diva kimi tanınan Bülent Ersoy “Analar Günü” üçün etdiyi emosional paylaşımı ilə gündəmə gəlib.

Medianews.az xəbər verir ki, sənətçi 4 il əvvəl dünyasını dəyişən anası Necla Poyrazın məzarının fotosunu sosial media hesabında paylaşıb.

Anasına məktub yazan Bülent Ersoy paylaşımında vəsiyyətini də açıqlayıb.

B.Ersoy məktubunda bu cümlələri yazıb: “Ana, salam. Bu gün Analar Günüdür. Bu gün sənin günündür. Amma əslində hər gün, hər saat, hər dəqiqə, hər saniyə və səni xatırlamağa sərf etdiyim bütün vaxt mənim üçün sənin günündür.

Anasının məzarını necə təmiz saxlamağından danışan Bülent Ersoy meneceri Haluk Şentürkə tapşırdığı vəsiyyətini də açıqlayıb.
“Haluka dedim ki, qəbrim çox qəşəng və çox təmiz olmalıdır. Ona tapşırmışam hər gün məzarımı təmizlənsin. Məzarımın üstündəki çiçəklər hər zaman təzə olsun. Ən əsası, mənə dualar oxutdursun, ən gözəl səsi olan müəllimlərdən…”,-deyə Bülent Ersoy bildirib.

Medianews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
medianews.az

1Mənbələr