AZ

Olimpiya məşəlinin estafetini 23 dəfə pozmağa cəhd edilib

Fransada Olimpiya məşəlinin estafetini pozmağa cəhd edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Jerar Darmanin “X” sosial şəbəkəsində məlumat verib.

Məlumata görə, Fransanın Marsel şəhərində dörd gün ərzində 23 dəfə Olimpiya məşəlinin estafetini pozmağa cəhd edilib.

Bildirilib ki, estafetə müdaxilə etməyə cəhd edənlər arasında Olimpiadanın 4 rəqibi, 7 Fələstin tərəfdarı, iqlim fəalları və miqrant hüquqları müdafiəçiləri var.

Qeyd edək ki, 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının məşəli aprelin 16-da Yunanıstanda alovlandırılıb. Ənənəyə görə, mərasim Qədim Olimpiyadakı Hera məbədində baş tutub. Yanğın 120 illik üç dirəkli yelkənli Belem gəmisində Fransaya gedib və Marselə çatıb.

Mina Mikayılova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15

1Mənbələr

Şərh ()
Bağla