AZ

General Ramiz Tahirov yaş ilə əlaqədar xidmətdən  azad edilib

Azərbaycan prezidenti İlham Əliyev müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirovun hərbi xidmətdə olmağın son yaş həddi nəzərə alınmaqla ehtiyata buraxılması barədə sərəncam imzalayıb. Bu barədə bu gün Azərbaycan Müdafiə Nazirliyində keçirilən müşavirədə elan edilib.

Müdafiə Nazirliyinin rəhbər heyəti Azərbaycan ordusunda uzunmüddətli qüsursuz xidməti, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyünün qorunub saxlanılmasında və hərbi xidmətdə xüsusi xidmətinə görə Tahirova təşəkkür edib və ona gələcək həyatında uğurlar arzulayıb.

General Tahirov Azərbaycanın ən səriştəli hərbi mütəxəssislərindən biri hesab olunur. Xüsusilə, onun sərkərdəlik bacarığı 2020-ci ildə Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi üzrə 44 günlük müharibə zamanı özünü büruzə verdi.

Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələri strukturuna hava hücumundan müdafiə qüvvələri də daxildir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
162

1Mənbələr

Şərh ()
Bağla