AZ

“İnnoMEDİA” layihəsinin dördüncü gününün görüşləri keçirilib

Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçirilən və davamlı xarakter daşıyan “İnnoMEDİA” layihəsi çərçivəsində növbəti görüşlər keçirilib.

Xəzər Media Mərkəzinin direktorunun müşaviri Teymur Məmmədov Qərb ölkələrinin mediasının informasiya ötürülməsi zamanı istifadə etdiyi texnikalara dair təcrübəsini bölüşüb, kopirayterliyin yaranma tarixi, özəllikləri və ölkə üzrə inkişafı, jurnalistika və kopiraytinqin kəsişmə nöqtəsi, rəqəmsal jurnalistika haqqında ətraflı məlumat verib.

Layihə çərçivəsində digər görüş “Kapital Bank”ın İnnovasiya Proqramının rəhbəri Tariyel Ağazadə ilə  media subyektlərinin auditoriyasının genişləndirilməsində informasiya-kommunikasiya texnologiyalarının rolu, inkişaf perspektivləri, İKT və media arasında qarşılıqlı təsir mövzuları ətrafında keçirilib. İştirakçılar ilə texnoloji media platformaları, texnobloqerlik, texnobloqun yazılma qaydası ilə bağlı interaktiv müzakirə aparılıb, təlimçi bu sahədə olan təcrübəsindən danışıb.

Növbəti görüşdə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) nümayəndəsi Ruslan Zeynalzadə tərəfindən 4SİM, sənayedə təhlükəsizlik, 4-cü sənaye inqilabı dövründə texnologiyalar və onların tətbiq sahələri, sənaye avadanlıqlarının texniki xidmətinin avtomatlaşdırılması, süni intellekt haqqında ətraflı məlumat verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
187
media.gov.az

1Mənbələr