AZ

Azərbaycanda bahalaşma dayanıb – Apreldə qiymət artımları sıfıra düşüb

Azərbaycanda illik qiymət artımlarının sürəti apreldə sıfıra düşüb. Bu o deməkdir ki, 2024-cü ilin aprelində əvvəlki ilin eyni ayı ilə müqayisədə ümumi qiymət artımı baş verməyib. 


Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, apreldə istehlak qiymətləri indeksinin sıfır həddinə enməsinin səbəbi qida məhsullarında ucuzlaşma ilə bağlıdır. Bu ilin aprelində qida məhsulları indeksi illik müqayisədə 2,2 faiz azalıb. 


Qida məhsulları indeksinin azalmasına baxmayaraq, qeyri-qida məhsulları indeksinin 0,9 faiz, pullu xidmətlər indeksinin isə 2 faiz yüksəlməsi ümumən mal və xidmətlər indeksinin sabit qalmasına səbəb olub. 


İllik qiymət artımlarının dayanması dövrü qiymətlər indeksinin də azalmasına şərait yaradıb. 2024-cü ilin yanvar-aprel ayları ərzində inflyasiya səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 0,7 faiz artıb. Dövrü müqayisədə də qida mallarının qiymət indeksi azalıb. Dövrü müqayisədə azalma 1,1 faiz təşkil edib.


Xatırladaq ki, Azərbaycanda illik müqayisədə inflyasiya səviyyəsi 2023-cü ilin martından azalır. Fevralda illik inflyasiya 14,1 faizə yüksəldikdən sonra sürətlə azalır. Bu proses nəticəsində illik inflyasiya ötən ilin dekabrında 2,1 faizə, bu ilin martında isə 0,4 faizə, apreldə isə sıfır həddinə düşüb.


Vasif
   
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49

1Mənbələr

Şərh ()
Bağla