AZ

Şahruddinin dostu "Adana Dəmirspor"u tərk etdi

Portuqaliyalı tanınmış futbolçu Luis Nani "Adana Dəmirspor"u tərk edib.

Publika.az xəbər verir ki, onunla Türkiyə klubu arasındakı mövcud müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Bu barədə Adana təmsilçisinin saytı məlumat yayıb.

Avro-2016-nın qalibi olan 37 yaşlı vinger son zamanlar ciddi maliyyə problemi yaşayan "Adana Dəmirspor"dakı vəziyyətdən narazı olduğu üçün klubu tərk edib.

Qeyd edək ki, milli komandamızın üzvü Şahruddin Məhhəmmədəliyev də Superliqa təmsilçisinin üzvüdür. O, Luis Naninin yaxın dostluq münasibətləri qurduğu futbolçulardan biridir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
publika.az

1Mənbələr