AZ

Lyulilər İrəvan küçələrində küçə bağlamağa çalışırlar...

...Ermənistanın paytaxtı İrəvanda kütləvi etiraz aksiyaları keçirilir. Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis aksiya fəallarınısaxlamağa başlayıb.

Lyulilər baş nazir Nikol Paşinyanın istefasının tələb edirlər.

...Və yeri gəlmişkən, SİA bunu “Sputnik Ermənistan” saytına istinadən yazır.

...Yəni erməni saytının lyulilər adı ilə çağırdığı millət vaxtilə Mərkəzi Asiyanın cənubunda yayılmış qaraçıların şərq qollarından biri olub. Erməni saytının etirafına görə, onlara həmən ərazilərdə hələ də rast gəlmək olar. Və belə görünür ki, vaxtilə Azərbycan torpaqlarına total şəkildə gəliblər?

...Nə isə, deməli, qayıdırıq İrəvana.

Deməli, bu ərəfədəerməni polisin məlumatına görə, artıq İrəvan küçələrini bağlamağa çalışan 134 nəfər saxlanılıb.

“RİA Novosti”nin verdiyi xəbərə görə, şəhərin mərkəzini ətraf rayonlarla birləşdirən Myasnikyan prospekti və mərkəzi Abovyan küçəsi artıq bağlanıb.

Bir gün əvvəl, medianın qeyd etdiyi kimi, etirazların lideri, Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan mayın 13-də İrəvanı iflic etməyə çağırmışdı.

Bundan əvvəl isə, yəni keçən həftə Ermənistanda impiçment proseduru hazırlanırdı, lakin ona başlamaq üçün parlamentdə 20 deputatın kifayət qədər səsi olmayıb.

Qeyd edək ki, Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı ilk etiraz aksiyaları hələ aprel ayında başlayıb?

...Onu bizdə necə deyirdilər, hə, indi nə olasıdı ki..?

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62

1Mənbələr

Şərh ()
Bağla