AZ

Təhsil sahəsində atılan addımların uğurlu nəticələri kütləviləşməkdədir



Uğurun açarını birgə fəaliyyətdə axtarmaq lazımdır.Elm və Təhsil naziri cənab Emin Əmrullayev çıxışlarından birində qeyd edirdi ki, təhsildə gedən islahatların nəticəsi müəyyən zaman tələb edir. Və yenə də cənab nazir qeyd edirdi ki, təhsildə güzəşt Vətənə xəyanətə bərabərdir. Ölkəmizdə təhsil sahəsində atılan addımlar uğurlu nəticələri kütləviləşməkdədir. Son illər istər təhsilverənlərin, istərsə də təhsilalanların kölgədən çıxaraq fərdi nailiyyətlər göstərməsi sevindirici haldır. Dövlətimizin təhsil sahəsindəki uğurlu addımlarından biri də təhsildə regionlaşmanın həyata keçirilməsidir.

Dürüst olaraq qeyd etmək yerinə düşər ki, regionlarda bu sahədə görülən işlər konkret fərdlərlə bağlı olsa da uğurlar gün kimi aydındır.Regionun ümumi uğurlarının arxasında gizlənmək yox, vaxtaşırı fərdi nailiyyətlərlə üzə çıxmaq və bu yolda əmək sərf etmək lazımdır.Hər zaman rəhbərliyin diqqət və qayğısını hiss etmək, problemləri səmimi ortamda müzakirə edərək çıxış yolları axtarmaq, bir sözlə, uğurlu nəticələr üçün mübahisə də etmək olar.Çalışdığım dövrdə hər zaman müsbət mənada seçilmək, nümunə olmaq təhsilimiz üçün nələrisə qazandırmaq istəmişik.Buna görə bəzən ətrafımızdan da zərbələr görmüşük, amma yenə də irəli baxmışıq.

Çalışdığım Sərvər Abdulkərimov adına Bala Qusar kənd tam orta məktəbi təkcə təhsil sahəsində yox, eyni zamanda Vətənpərvərlik işinin aparılması istiqamətində də seçilib. Bunun nəticəsidir ki, Vətən Müharibəsi Qəhrəmanı Rənat Şixnəbiyev bu məktəbin yetirməsi olub.Hər zaman məktəbimizin adını daşıyan şəhid Sərvər Abdulkərimovun adın və ruhu qarşısında məsuliyyətimi hiss etmişəm. Bütün bunlar, həm də pedaqoji kollektivimizdəki müsbət abu - hava bizi gələcəyə ruhlandırıb. 2019-cu ildə Heydər Əliyev haqında Ən yaxşı təqdimatın qalibinin bu məktəbin şagirdi olması, rayonda keçirilən bilik və idman yarışlarında şagirdlərimizin fərqlənməsi buna sübutdur.

Cari tədris ilində Respublikamızın ümumtəhsil məktəblərinin şagirdləri arasında Lütfi Za adına riyaziyyat məntiq, fənn olimpiadaları keçirilmişdir. Hələ noyabr ayından buna çalışırdıq.Birinci mərhələdə kənd məktəbi olaraq 4 şagirdimiz də uğur qazanmışdı.İkinci yarımfinal turunda V sinif şagirdimiz Heydərli Türkanın Lütfi Zadə adına riyaziyyat məntiq olimpiadasnda uğurlu nəticəsi hər birimizi sevindirmişdir.Və onu təltif etməyi özümə borc bildim. Türkan hələ IV sinifdə ikən bir neçə uğurlara imza atmışdı. Onun bir neçə gün əvvəl ümummilli lider Heydər Əliyevin 101 illiyi ilə əlaqədar keçirilən şahmat yarışlarında II yerə layiq görülməsi xüsusi istedadından xəbər verir. Qarşıdakı əsas məqsədimiz isə onu final mərhələsinə hazırlayaraq medal əldə etməkdir. İnşaAllah buna da nail olarıq.

Yuxarıda qeyd etdiyim kimi uğurun açarı birgə fəaliyyətdədir. Bəli, bu uğurun qazanılmasında məktəbimiz ilə yaxından çalışan, bütün potensialını əsirgəməyən Bəhruz müəllim Səlimxanov dur.Onun məntiq elmi sahəsində göstərdiyi nəticələr öyrənilməli və tətbiq edilməlidir.Eyni zamanda Türkana hazırda riyaziyyat fənnini tədris edən Yeganə Hacıyevanın zəhmətini qiymətləndirirəm, onun sinif müəllimi olmuş Ayəddin Kamilova xüsusi təşəkkürümüzü bildiririk.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyevin təhsildə əldə edilən uğurlara və bu sahədə istənilən təklifə açıq olduğunu hiss etməkdəyik.Bizim üçün uğura gedən yolda fərdiləşdirmək, şəxsi qərəz anlayışı yoxdur. Yaxşıya yaxşı, düzə düz demək vicdan borcumuzdur.Əvvəl də belə olub, bundan sonra da belə olacaq. Bu uğur üçün regional idarənin, təhsil sektorunun rəhbərlərini təbrik edirəm!

Babacan Zəkiyev. Sərvər Abdulkərimov adına Bala Qusar kənd tam orta məktəbinin direktoru

Newscenter.az üçün
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
169
newscenter.az

1Mənbələr