AZ

"Qərb döyüş meydanında vuruşmaq istəyirsə, Moskva buna hazırdır" - Lavrov

"Əgər Qərb Rusiya ilə döyüş meydanında vuruşmaq istəyirsə, deməli, Moskva buna hazırdır". 

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Federasiya Şurasında onun yenidən nazir postuna təyin olunması ilə bağlı məsləhətləşmələrdə bildirib. 

Onun sözlərinə görə, Rusiya hakimiyyəti dəfələrlə bəyan edib ki, onlar Ukrayna böhranının həlli üçün danışıqlara hazırdırlar.

Lavrov həmçinin qeyd edib ki, İsveçrə artıq Ukrayna da daxil olmaqla, sülh danışıqları üçün bir məkan kimi uyğun deyil. 

Ağarza Elçinoğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
50
unikal.az

10Mənbələr