AZ

Deputatın maşını partladıldı: Möcüzə sayəsində sağ qaldı

Rusiyanın Həştərxan Vilayət Dumasının deputatı Denis Xaritonovun avtomobili qondarma DXR ərazisində partladılıb.

Publika.az xəbər verir ki, bu barədə parlamentari mayın 13-də öz bloqunda məlumat yayıb.

“Bu gün növbəti tapşırığı yerinə yetirərkən DDM (deputatın döyüş maşını) partladı və tamamilə yandı”,- o yazıb.

Xaritonov əlavə edib ki, bu, onun şəxsi avtomobili olub, xüsusi hərbi əməliyyat zonasında tapşırıqları yerinə yetirib.

Millət vəkili qeyd edib ki, o, yanğından xilas ola bilib. Briqadanın xüsusi şöbəsi hadisəni nəzarətə götürüb, istintaq hərəkətləri davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
publika.az

1Mənbələr