AZ

“KürsüdəSən” – natiqlik müsabiqəsi keçirilir

“Regional İnkişaf” İctimai Birliyinin Şirvan-Salyan regionu üzrə könüllüləri üçün “KürsüdəSən” – natiqlik müsabiqəsi keçirilir.

QHT.az xəbər verir ki, layihənin məqsədi region gənclərinin natiqlik, özünüifadəetmə və ünsiyyət bacarıqlarını inkişaf etdirmək, eyni zamanda ideya və startapları olan könüllülər üçün uğurlu təqdimat təcrübəsi qazandırmaqdır.

Layihə çərçivəsində könüllülərin müsabiqəyə hazırlığına dəstək vermək üçün mayın 15-də Neftçala rayonunda təlim təşkil olunacaq və iştirakçıları maraqlandıran sualların müzakirəsi aparılacaq.

Növbəti mərhələdə hər bir könüllü seçdiyi mövzu əsasında münsiflər və digər iştirakçılar qarşısında təqdimatla çıxış edəcək. Ən yaxşı 4 təqdimatın sahibi seçilərək, mükafatlandırılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
145
qht.az

1Mənbələr